Məşhur aktyorun qəzaya düşdüyü anın GÖRÜNTÜLƏRİ - Kömək etmək istədi

Bakının Ziya Bünyadov prospektinin Nizami rayonu ərazisində xəsarətlə nəticələnən yol qəzası baş verib.

Metbuat.az ARB TV-yə istinadən xəbər verir ki, Yasin Həziyev idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən maşınında texniki nasazlıq yaranıb, benzin nasosu xarab olub.

Avtomobildə olan aktyor sərnişin Fərhad Səmimi sürücüyə kömək etmək üçün aşağı düşüb. Bu zaman taksi fəaliyyəti ilə məşğul olan 38 yaşlı Firdovsi Məmmədovun idarə etdiyi "VAZ-2105" markalı avtomobil arxadan sürətlə gələrək "Mercedes"ə çırpılıb. Nəticədə Fərhad Səmimi yüngül bədən xəsarəti alıb. Ona ambulator yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR