Rusiyalı iş adamının qətli ilə bağlı YENİ DETALLAR

Rusiyalı iş adamının qətli ilə bağlı YENİ DETALLAR
15:23 17 Mart 2018
159 Dünya
Ölkə mətbuatı
A- A+

İngiltərəyə sığınan rusiyalı iş adamı Nikolay Qluşkovun qətli ilə bağlı cinayət işinin detalları açıqlanıb.

Publika.az xəbər verir ki, İngiltərə polisi 68 yaşlı iş adamının boğularaq öldürüldüyünü təsbit edib.

N.Qluşkov “Aeroflot” hava yolları şirkətinin sahibinin köməkçisi olub. O, bazar ertəsi günü Nyu Malden şəhərindəki evində ölü halda tapılmışdı.

Polis hələ ki, Qluşkovun cinayəti ilə zəhərlənərək öldürülən agent Sergey Skripal və qızının cinayəti arasında hər hansı bağlantı olub-olmadığına dair sübut tapmayıb.

N.Qluşkov 2006-cı ildə İngiltərəyə sığınıb. Rusiya prezidenti Valdimir Putinə müxalif olan iş adamı digər bir müxalifətçi Boris Berezovski ilə yaxın münasibət qurub. Berezovski də 2013-cü ildə İngiltərənin Berkşayr şəhərindəki evində ölü tapılmışdı.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/234650.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR