Norveç 20 yaşlı futbolçunun vəfatı ilə sarsıldı

Norveç 20 yaşlı futbolçunun vəfatı ilə sarsıldı
16:47 17 Mart 2018
104 İdman
Ölkə mətbuatı
A- A+

Norveç futbolu Adrian Lillebekk Ovlienin ani ölüm xəbəri ilə sarsıldı.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Norveç II Liqasında mübarizə aparan "Konqsvinqer"də çıxış edən 20 yaşlı müdafiəçi ölkəsində gələcək vəd edən futbolçulardan hesab edilirdi. O, cəmi 20 yaşında gözlərini əbədi olaraq yumub. Adrianın klubunun yaydığı bəyanat görə, gənc futbolçu infeksiyadan dünyasını dəyişib. Məlumatı müdafiəçinin agenti Henninq Andersen də təsdiq edib: "Ağır infeksiyaya yolxub və qısa zamanda qanına yayılıb. Bizim üçün çətindir. 20 yaşlı bir dünya sakinin belə şəkildə vəfatı dözülməzdir".

Futbolçu Norveçin aşağı yaş qrupları üzrə millilərdə çıxış edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/634471.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR