Yaponiya oğurlanmış vətəndaşlar probleminin müzakirə edilməsini istəyir

Yaponiyanın və ABŞ-ın rəsmi nümayəndələri Şimali Koreyanın nüvə silahından imtina etməsi ilə bağlı bu ölkəyə maksimum təzyiqlərin davam etdirilməsi barədə razılığa gəliblər.

Metbuat.az xəbər verir ki, Yaponiyanın xarici işlər naziri Taro Kono Vaşinqtona səfəri çərçivəsində ABŞ-ın vitse-prezidenti Mayk Pens ilə görüşüb. T.Kononun Vaşinqtona səfəri koreyalararası danışıqlar və ABŞ-Şimali Koreya liderlərinin sammiti ərəfəsində baş tutub.

Görüşdə T.Kono bildirib ki, Yaponiya Pxenyanın nüvə-raket proqramlarından imtina etməsi ilə yanaşı, həm də ötən əsrin 70-80-ci illərində Şimali Koreya tərəfindən yapon vətəndaşlarının oğurlanması məsələsinin müzakirə edilməsini istəyir. Nazir ABŞ-dan Şimali Koreya ilə keçiriləcək sammitdə bu məsələnin də gündəliyə əlavə edilməsini xahiş edib. Tərəflər bu problemin həlli istiqamətində sıx əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR