Azərbaycan mədəniyyətlər və dinlər arasında dialoq yaradır - Hikmət Çətin

Azərbaycan mədəniyyətlər və dinlər arasında dialoq yaradır - Hikmət Çətin
19:32 17 Mart 2018
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün insanlar fərqli mədəniyyətlər, dinlər və siyasi baxışlar səbəbindən münaqişələrlə üzləşirlər. Azərbaycan isə tolerant bir ölkə kimi mədəniyyətlər və dinlər arasında dialoq yaradır. Ölkənizin bu təşəbbüsü alqışalayiqdir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin bildirib.

Hikmət Çətin deyib ki, Qlobal Bakı Forumunda dövlət xadimləri, siyasətçilər və diplomatlar birlikdə dünyada sülhü bərqərar etməyin yollarını araşdırırlar. Buna görə də bu tədbir xüsusi önəm kəsb edir. Azərbaycan artıq təkcə regionda deyil, dünyada mövcud olan problemlərin həllində fəal iştirak edir.

Diplomat deyib ki, VI Qlobal Bakı Forumunda səmərəli müzakirələr aparılıb, yeni ideyalar, təkliflər səslənib. O, əminliyini bildirib ki, bu müzakirələrin müsbət nəticələri olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/634563.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR