Moskva britaniyalı diplomatlara 1 həftə vaxt verdi

Moskva rusiyalı diplomatların Böyük Britaniyadan deportasiya edilməsinə cavab olaraq qəbul etdiyi qərarları açıqlayıb.

Metbuat.az-ın məlumatına görə, 23 britaniyalı diplomatın ölkəni tərk etməsi üçün bir həftə vaxt verilib. Sankt-Peterburqda konsulluq açmaq üçün Londona verilən icazə geri alınıb. Həmçinin krallığa məxsus bir şirkətin Rusiyadakı fəaliyyəti dayandırılıb.

Qeyd edək ki, Britaniya hökuməti Rusiya xüsusi-xidmət orqanının keşmiş əməkdaşı Sergey Skripal və onun qızının zəhərlənməsinə görə Moskvanı ittiham edir. Bu üzdən London 23 rusiyalı diplomatı ölkədən qovmaq barədə qərar verib.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR