Afrində məhv edilən terrorçuların sayı 3569-yə çatıb

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya ordusunun Afrində həyata keçirdiyi əməliyyatlar nəticəsində məhv edilən terrorçuların sayı 3569-yə çatıb.

Metbuat.az-ın məlumatına görə, təkcə ötən gecə 39 terrorçu məhv edilib. Daha7 kənd azad edilib. Qırıcılar Afrinin mərkəzində PYD-YPG və PKK terror qruplaşmaları liderlərinin olduğu binanı hədəfə alıb. Hadisə zamanı terrorçular toplantı keçirirmiş.

Tələfata dair məlumat yoxdur. Hücumdan sonra təlaş keçirən PKK silahlıları, dinc sakinlərin arasında Afrin bölgəsini tərk edib. Qeyd edək şəhəri tamamilə mühasirəyə alan hərbçilər mərkəzdən 200-300 metr məsafədə mövqe tutub.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR