Avropa Birliyindən ABŞ-a zərbə - Cavab addımları atıldı

Avropa Birliyi əlavə gömrük vergilərinin tətbiq olunacağı Amerika Birləşmiş Ştatlarından idxal olunan məhsulların siyahısını açıqlayıb.

Metbuat.az-ın məlumatına görə, 10 səhifəlik siyahıda tütün məhsulları, poladdan olan avadanlıqlar, motosikletlər, quru meyvələr, bəzi spirtli içkilər, kosmetikalar və daha onlarla məhsul var. Bildirilir ki, bu Vaşinqtonun Avropadan idxal olunan alüminium və poladdan olan məhsullara əlavə gömrük vergisinin tətbiq olunmasına cavabdır.

Qeyd edək ki, bir neçə gün əvvəl prezident Donald Tramp Avropanı cavab addımları atmaqdan çəkinməyə çağırmışdı.Əks halda "Ağ ev" rəhbəri avtombil idxalına da əlavə vergilər tətbiq olunacağını bildirib.

Sübhan / METBUAT.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR