Bələdiyyə sədri aktyorlarla bağlı vəd verdi

Bələdiyyə sədri aktyorlarla bağlı vəd verdi
12:59 11 Yanvar 2015
167 Dünya
Ölkə mətbuatı
A- A+

Çilinin sahil şəhərlərindən olan Vine Del Marın bələdiye sədri Virciniya Reqinato seçkilərdə ona səs verən əhaliyə maraqlı vəd verib. Lent.az-ın "Takvim" qəzetinə istinadən verdiyi məlumata görə, qadın sədr tanınmış türkiyəli aktyorlar Bergüzar Korel ilə Halit Ergençi şəhərə gətirəcəyinə vəd verib: "Bu möhtəşəm cütlüyü ekranda görməklə kifayətlənməyəcəksiniz. Sizin onlarla şəxsən tanış olmaq imkanınız olacaq"

 

Daha əvvəl doğma şəhərinə Riki Martin və Cennifer Lopez kimi ulduzları gətirən qadın bələdiyyə sədrinin bu vədi əhalidə sevincə səbəb olub.

 

Qeyd edək ki, cütlüyün çəkildiyi serial Çilidə böyük maraqla qarşılanıb və ən yüksəl reytinqə sahib olub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189999

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR