Azərbaycan - Belarus matçı Bakı Olimpiya Stadionunda

Azərbaycan - Belarus matçı Bakı Olimpiya Stadionunda
22:58 17 Mart 2018
120 İdman
Ölkə mətbuatı
A- A+

Yoldaşlıq görüşündə Belarus yığması ilə qarşılaşacaq Azərbaycan millisinin mətbuat üçün açıq məşqi və baş məşqçi Qurban Qurbanovun mətbuat konfransının vaxtı müəyyənləşib.

Publika.az AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, həm məşq, həm də mətbuat konfransı martın 22-də keçiriləcək.

Əvvəlcə mütəxəssis jurnalistlərin önünə çıxacaq. O, saat 16:00-da sualları cavablandıracaq.

Saat 17:15-də isə ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşq olacaq. Hər iki tədbir Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Qeyd edək ki, martın 23-də Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan - Belarus matçı saat 20:00-da başlanacaq.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/234687.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR