Azərbaycanda 21 mindən çox əcnəbi miqrasiya qanunvericiliyini pozdu

Azərbaycanda 21 mindən çox əcnəbi miqrasiya qanunvericiliyini pozdu
00:23 18 Mart 2018
110 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən il 2 milyon 692 min 219 halda əcnəbinin Azərbaycan Respublikasının ərazisinə girişi, 2 milyon 681 min391 halda isə əcnəbinin ölkədən çıxışı qeydə alınıb.

Publika.az xəbər verir ki, Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev bunu "Xalq" qəzetində "Qloballaşan dünyada miqrasiya" başlıqlı məqaləsində yazıb.

F. Nəbiyev Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 11-ci ildönümü ilə bağlı yazdığı məqaləsində qeyd edib ki, ölkəyə girişi qeydə alınmış əcnəbilərdən 794 min 763 nəfəri olduğu yer üzrə qeydiyyata alınma ilə bağlı müraciət edib. Dövlət Miqrasiya Xidmətinə Azərbaycan ərazisində olma və yaşama icazələrinin, haqqı ödənilən əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması, qaçqın statusunun müəyyənləşdirilməsi, Azərbaycan vətəndaşlığına qəbul, bərpa, xitam və vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı 92 min 35 müraciət daxil olub. Miqrasiya qanunvericiliyinin tələblərini pozmuş 21 min 438 əcnəbi və vətəndaşlığı olmayan şəxs barəsində müvafiq qərarlar qəbul edilib. Xidmətin Çağrı mərkəzinə 107 min 172 zəng daxil olub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/234694.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR