İranın şimalında zəlzələ olub - 4,6 bal gücündə

İranın şimalında zəlzələ baş verib.

Metbuat.az xəbər verir ki, Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi zəlzələnin 4,6 bal gücündə olduğunu bildirib.

Məlumata görə, yeraltı təkanların episentri Qorqan şəhərindən 80 kilometr şərqdə, ocağı isə 2 kilometr dərinlikdə yerləşib.

Hadisə nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Cəbhədən xəbər var - Müdafiə Nazirliyi - Oxumaq üçün tıkla

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR