İdman gimnastikası üzrə Dünya Kubokunun son yarış günü - FOTOLAR

Bakıda Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kubokunun sonuncu yarış gününə start verilib.

Metbuat.az-ın məlumatına görə, final mərhələsinin ikinci günündə gimnastlar ayrı-ayrı alətlər üzrə finallarda öz güclərini sınayaraq medallar uğrunda mübarizə aparırlar.

Final mərhələsində Azərbaycanı qadın gimnastı Yuliya İnşina gimnastika tiri və sərbəst hərəkətlərdə təmsil edir.

Qeyd edək ki, ötən gün Azərbaycan gimnastı Marina Nekrasova Dünya Kubokunun gümüş medalını qazanıb. Təmsilçimiz dayaqlı tullanma hərəkətində 14.216 balla ikinci olub.

Bakıda 3-cü ildir ki, təşkil olunan bu turnirə 25 ölkədən 102 idmançı qatılıb.

Dünya Kuboku yarışlarına bu gün yekun vurulacaq.

Derbidə qalib müəyyənləşmədi - VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR