Çin gimnastı Bakıda qızıl medal qazandı

Çin gimnastı Hao Venq Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda dəstəli at üzərində hərəkətlərin yekunu üzrə qalib olub.

Metbuat.az-ın məlumatına görə, o, hakimlərdən 15.100 bal əldə edib.

İkinci yeri Taybeydən olan Şih Kay Li (14.766), üçüncü yeri isə yaponiyalı Takaaki Suqino (14.633) tutub.

Qeyd edək ki, bu gün Milli Gimnastika Arenasında Dünya Kuboku turnirinə yekun vurulur.

Bakıda 3-cü ildir ki, təşkil olunan turnirə 25 ölkədən 102 idmançı qatılıb.

Xatırladaq ki, ötən gün Azərbaycan gimnastı Marina Nekrasova Dünya Kubokunun gümüş medalını qazanıb. Təmsilçimiz dayaqlı tullanma hərəkətində 14.216 balla ikinci olub.

Salah şou göstərdi, komandası qələbə qazandı - VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR