Dəməşqdə Suriya ordusunun təyyarəsi vurulub - VİDEO

Suriya Hərbi Hava Qüvvələrinin təyyarəsi Dəməşqdə silahlılar tərəfindən vurulub.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Kalamun rayonunda baş verib.

Silahlılar təyyarənin vurulmasını anını çəkiblər və onu internetə yerləşdiriblər. Videogörüntüdə təyyarənin vurulması və yüksək sürətlə aşağı enməsi əks olunur.

İlkin məlumata görə, təyyarə Suriya hökumət qoşunlarının nəzarət etdiyi ərazidə vurulub. Onun pilotu katapulta ilə xilas olub.

Gözlənilən fraqman yayımlandı - Hızırın yeni düşməni ortaya çıxdı / VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR