Sabahdan Novruz tətili başlayır

Sabahdan, martın 20-dən Azərbaycanda Novruz bayramı tətili başlayır.

Metbuat.az xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 7 qeyri-iş günü olacaq. Belə ki, martın 20, 21, 22, 23 və 24-ü Novruz bayramı ilə əlaqədar qeyri-iş günləridir. Martın 24-ü həftənin şənbə gününə təsadüf etdiyindən, martın 26-sı da qeyri-iş günüdür.

Martın 27-si isə iş günüdür.

Beləliklə, bayramla əlaqədar 7 gün iş olmayacaq.

Bayram tədbiri ilə bağlı marşrutların hərəkət cədvəli - dəyişdirildi - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR