Bakıda gecə klubunda kütləvi dava

Yasamal rayonunda iaşə obyektində dava zamanı bir nəfər xəsarət alıb.

Metbuat.az report-a istinadən xəbər verir ki, hadisə İzmir küçəsində baş verib.

Həmin küçədə yerləşən "Solfeggio Lounge & Club"da əlbəyaxa dava olub.

Gecə saatlarında 1991-ci il təvəllüdlü Rəhimov Tərlan Aydın oğlu naməlum şəxslərlə əlbəyaxa dava edib. Naməlum şəxslərdən biri ona bir neçə bıçaq zərbəsi endirib. Yaralı təcili yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib.

İranda zəlzələ baş verib - 5 bal gücündə - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR