Hicab bağlamadığı sevgilisini - ÖLDÜRDÜ

Hicab bağlamağı rədd edən sevgilisini öldürdü.

Metbuat.az bildirir ki, hadisə Almaniyada qeydə alınıb. Əfqanıstan qaçqını 18 yaşındakı Əhməd G. adlı şəxs alman sevgilisi 18 yaşındakı Mireille B. adlı qızı öldürüb. Hadisəyə səbəb oğlanın təkidlərinə baxmayaraq, qızın başına hicab bağlamaması olub. Gənc adam haqqında cinayət işi başladılıb.

Gənc qızın rəfiqəsi mətbuata verdiyi açıqlamada bildirib:

"Əhməd daim ona nəzarət etmək istəyən qısqanc bir adam idi. O, rəfiqəmin hicab taxmasını istəyirdi. Nə vaxt Əhmədin yanına başıaçıq getsə, aralarında problem yaranırdı”.

Əhməd G.-nın Almaniyada tək yaşadığı və ailəsi üçün çox darıxdığını dediyi bildirilib. Almaniyaya qaçaq şəkildə gələn gənc adamın sığınacaq üçün etdiyi müraciət rədd edilib. Məhkəmə davam etdiyi üçün alman qanunlarına görə, məsələ ilə bağlı başqa məlumatlar mətbuata bildirilməyib.

Günay Sadıxova / METBUAT.AZ

Aldığınız pendirin rəngi dəyişirsə - MÜTLƏQ ATIN! – OXUMAQ ÜÇÜN TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR