Azərbaycana külli miqdarda narkotik vasitə gətirilməsinin qarşısını alıb - FOTOLAR

Dövlət Sərhəd Xidməti tərəfin­dən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir.

DSX-dan Metbuat.az-a verilən məlumata görə, 2018-ci ilin 17 mart tarixində DSX əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində külli miqdarda narkotik vasitəsinin ölkə ərazisinə qanunsuz yolla gətirilməsinin qarşısı alınıb.

Martın 17-də saat 19:50 radələrində Horadiz sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 1 nəfər şəxs sərhəd naryadı tərəfindən müşahidə olunub.

Sərhəd naryadının “dayan” əmrinə tabe olmayan sərhəd pozucusu geriyə qaçmağa cəhd göstərmiş, havaya xəbərdarlıq atəşi açıldıqdan sonra saxlanılıb.

Sərhəd pozucusunun üzərinə baxış keçirilərkən 2 bağlamada 25 kq 500 qram narkotik vasitəyə oxşar maddə, 1 ədəd “Samsung” markalı mobil telefon, 1 ədəd bıçaq aşkar olunub.

Sərhəd pozucusunun Saatlı rayonunun sakini 1991-ci il təvəllüdlü Hüseynov Əsgər Soltanəli oğlu olması, onun 14 mart tarixində Biləsuvar SNM-dən keçməklə İran İslam Respublikasına getməsi müəyyən edilib.

Təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri nəticəsində narkotik vasitələrin qaçaqmalçılığında iştirakda şübhəli olan daha 3 Azərbaycan Respublikası vətəndaşının şəxsiyyəti müəyyən edilib və barələrində axtarış elan olunub.

Martın 19-da həmin şəxslərdən biri – Füzuli rayonu Böyük Bəhmənli kənd sakini, 1973-cü il təvəllüdlü Məmmədov İlham Elman oğlu şübhəli şəxs qismində saxlanılıb.

Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR