Play Store

Avstraliyada Novruz bayramı qeyd olunub - FOTOLAR

Avstraliyanın Sidney şəhərində Novruz bayramı təntənəli şəkildə qeyd olunub.

Avstraliyada Azərbaycan Mədəniyyət Assosiasiyası tərəfindən təşkil olunan tədbirdə Sidney, Pert, Melburn şəhərlərində yaşayan həmyerlilərimiz, ictimai xadimlər, mediya təmsilçiləri, şəhər sakinləri iştirak ediblər.

Şənlikdə çıxış edən Azərbaycanın Avstraliyadakı fəxri konsulu Aydan Rzayeva tədbir iştirakçılarını salamlayaraq Novruz ənənələrindən, bu bayramın qədim tarixindən, onun birlik fəlsəfəsindən danışaraq həmyerlilərimizin bayram şənliyini birgə keçirməsini alqışlayıb. Fəxri konsul tədbirə dəstək göstərmiş bütün icma üzvlərinə dərin təşəkkürünü bildirib.

Tədbir Azərbaycan musiqisi və rəqslərin ifası ilə, Azərbaycan mətbəxinin ləziz təamlarının təqdim olunduğu ziyafətlə davam edib. Tədbir iştirakçıları onlara belə gözəl anlar yaşadan təşkilatçılara təşəkkür ediblər. //Trend


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR