Play Store

Cəlilabadda baş verən qəzalarda 2 piyada - ölüb

Cəlilabadda eyni gündə müxtəlif yerlərdə baş verən qəzalarda 2 piyada ölüb.

DİN-dən Metbuat.az-a verilən məlumata görə, martın 18-də saat 21 radələrində Cəlilabad rayonunun Göytəpə şəhərində Masallı rayon sakini Eyvaz Rzayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən rayon sakini Elşən Abıyevi vurmuş və nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Həmin gün saat 20 radələrində isə rayonun Uzuntəpə kəndində rayon sakini Rəhim Həsənov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən həmyerlisi Cəmaləddin İmanovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR