Qadın sərnişin sürücünü YUMRUQLADI - Anbaan / VİDEO

Bakıda qadın sərnişin avtobus sürücüsünü yumruqla vurub.

Metbuat.az bildirir ki, hadisə bu gün səhər saatlarında Tbilisi prospekti ilə hərəkət edən 79 saylı marşrut avtobusunda baş verib. İki sərnişin işıqforun qırmızı işığında dayanan sürücüdən avtobusu hərəkət etdirməyini tələb edib. Qırmızı işıq olduğu üçün qadının tələbi ilə razılaşmayan sürücü həmin sərnişin tərəfindən təhqirə məruz qalıb. Üstəlik, qadın sərnişin sürücünü yumruqla vurub.

Baş verən hadisə ilə bağlı Metbuat.az saytına açıqlama verən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, sərnişinin bu cür hərəkəti qəbul edilməzdir:

“Sürücü vəzifə öhdəliyini yerinə yetirib. Sərnişinin bu cür hərəkəti qəbul edilməzdir və ümid edirik ki, daşıyıcının müraciəti əsasında müvafiq qurumlar tərəfindən tədbir görülməsi təmin ediləcək.

79 nömrəli marşrut xətti üzrə avtobuslar nağdsız ödəniş sistemi ilə çalışan xətlərdir. Bu xətt üzrə avtobus sürücülər BakıKart sisteminə qoşulan digər xətlərin sürücüləri kimi sərnişinlərlə münasibətdə etik davranış qaydalarına əməl etmələri ilə fərqlənirlər. Avtobusların təyin edilən sürət həddinə uyğun idarə edilməsi, dayanacaqdan kənar saxlama hallarına yol verilməməsi ilə bağlı tapşırıqlar maksimum dərəcədə əməl edilir. Bakı Nəqliyyat Agentliyinin Sürücü Təlim Mərkəzində xüsusi kurslardan keçən bu sürücülərə qarşı bəzi sərnişinləri tərəfindən belə hallara yol verilməsi əlbətdə ki, doğru deyil”.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR