Türkmənistanda parlament seçkiləri keçiriləcək

Milli Məclisin deputatı Astan Şahverdiyev Türkmənistanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün martın 22-dən 27-dək bu ölkənin paytaxtı Aşqabadda səfərdə olacaq.

Metbuat.az xəbər verir ki, deputatımız MDB İcraiyyə Komitəsinin beynəlxalq müşahidəçilər missiyasının tərkibində səsvermə günü müxtəlif məntəqələrdə seçkinin gedişini izləyəcək. Müşahidəçilər seçkiqabağı durumu dəyərləndirəcək, məntəqələrdə yaradılmış şəraitlə tanış olacaqlar. Seçki günü demokratiyanın tələblərinə riayət edilməsinə, seçicilərin hüquqlarının təmin olunmasına nəzəryetirəcəklər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR