Play Store

Prezidentliyə namizədlərin ödənişsiz efir vaxtının bölgüsü üçün püşkatma - keçirilib

Bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) aprelin 11-ə təyin edilmiş prezident seçkilərində İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ayrılmış ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma keçirilib.

İclasda qeyd olunub ki, namizədlər üçün saat 22:00-da İctimai televiziyada hər dəfə 1 saat olmaqla həftədə 3 dəfə debat təşkil olunacaq, həftədə 3 saat isə İctimai radioda debatlar keçiriləcək və saat 19:00-da başlayacaq.

Püşkatmanın nəticələrinə əsasən, çıxışlar aşağıdakı ardıcıllıqla müəyyən olunub.

1. Zahid Oruc

2. Araz Əlizadə

3. Qüdrət Həsənquliyev

4. İlham Əliyev

5. Razi Nurullayev

6. Sərdar Cəlaloğlu

7. Fərəc Quliyev

8. Hafiz Hacıyev

//Trend


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR