Messinin kartlarını açdılar

Messinin kartlarını açdılar
13:22 11 Yanvar 2015
208 İdman
Ölkə mətbuatı
A- A+

Lionel Messinin Luis Enrikenin klubun baş məşqçisi vəzifəsindən qovulması tələbini "Barselona"dan təsdiq etdilər. 

Milli.Az sport-express-ə istinadən bildirir ki, Kataloniya klubunun hücumçusu Lionel Messi baş məşqçinin istefasını istəyir. Sport.es-in məlumatına görə, bu barədə xəbərləri artıq klubdakı mənbə də təsdiqləyib.

Öncə bildirilirdi ki, argentinalı ilə çalışdırıcı arasındakı konflikt səbəbilə klubun prezidenti Xosep Bartomeu DÇ-2014-ün gümüş mükafatçısına Luis Enrikeni istefaya göndərəcəyini söz verib. Bu, Messinin Kataloniya klubunda qalması üçün şərt imiş. Ancaq xəbərlər yayılandan sonra prezident bu məlumatı təkzib edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/318452.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR