Play Store

Bir qrup hərbçiyə polkovnik rütbəsi verilib -ƏMR / FOTOLAR

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmrinə əsasən, bir qrup zabitə növbəti polkovnik hərbi rütbəsi verilib.

MN-dən Metbuat.az-a verilən məlumata görə, hərbi qulluqçularla görüşən müdafiə naziri onlara gələcək xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini çatdırıb.

Müdafiə naziri Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordumuzda görülən irimiqyaslı tədbirlərdən, dövlət rəhbərliyi səviyyəsində ordu quruculuğunun inkişaf etdirilməsi istiqamətində həyata keçirilən ardıcıl işlərdən danışıb.

Nazir vurğulayıb ki, orduya göstərilən bu yüksək diqqətə cavab olaraq şəxsi heyət üzərinə düşən vəzifə borcunu vicdanla yerinə yetirməli, xalqın və dövlətin etimadını doğrultmaq üçün bütün tapşırıqların öhdəsindən layiqincə gəlməlidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR