Azərbaycan OPEK+ konfransını Bakıda keçirməyi təklif edib

Azərbaycan OPEK+ konfransının Bakıda keçirilməsini təklif edib.

Bunu Bakıda səfərdə olan OPEK baş katibi Məhəmməd Barkindo deyib.

Baş katib bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevə OPEK üzvləri və OPEK-ə daxil olmayan ölkələrin iştirakı ilə OPEK+ konfranslarından birinin neft sənayesinin beşiyi sayılan Bakıda keçirilməsi barədə təklifinə görə təşəkkür edir.

Baş katib bildirib: "Belə bir təklif bizim üçün böyük şərəfdir və Bakıda belə bir konfransın keçirliməsini səbirsizliklə göləyirik".

M.Barkindo onu da əlavə edib ki, OPEK+ çərçivəsində öhdəliklərin gözlənilməsi üzrə Monitorinq Komitəsinin növbəti iclası aprelin 14-15-də Ciddədə keçiriləcək. //Trend


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR