Ermənistan kəndlərində vəziyyət getdikcə ağırlaşır

Ermənistanda kənd yerlərində yoxsulluq dərinləşir.

Metbuat.az trend-ə istinadən xəbər verir ki, bunu "Fermer irsi" icitmai təşkilatının rəhbəri Sargis Sedrakyan deyib.

O qeyd edib ki, uzun illər ərzində kənd təsərrüfatı siyasətinin düzgün aparılmaması kəndlilərin torpağı atmasına və miqrasiya etməsinə səbəb olub. Ermənistan kəndləri boşalır, sakinləri qocalır, vəziyyət get-gedə ağırlaşır".

Aqrar texnikanın köhnə və xarab olduğunu bildirən S.Sedrakyanın sözlərinə görə, maliyyələşdirmə və sadalanan problemlərin həlli ilə bağlı aparılan danışıqların da real əsasları yoxdur:

"Xaricdən müxtəlif təşkilatlardan Ermənistana kifayət qədər vəsait daxil olur. Məsələn, ötən 3 il ərzində 130 milyon dollar kredit və 60 milyon dollar qrant daxil olub, lakin fermerlər bu vəsaitdən heç nə almayıblar".

İş axtaranların nəzərinə - Vakansiya var - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR