Türkiyə prezidenti Putini təbrik edib

Martın 19-u Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Metbuat.az-ın məlumatına görə, telefon danışığı zamanı Ərdoğan Putini prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.

Bundan əlavə, tərəflər Suriya ilə bağlı İstanbulda Türkiyə, Rusiya və İran prezidentlərinin aprel sammitini və ikitərəfli münasibətlərin inkişafını müzakirə ediblər.

Türkiyə ordusu İraqa da daxil ola bilər - Türkiyə prezidenti - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR