Göygöldə ağır yol qəzası

Göygöldə ağır yol qəzası baş verib.

Metbuat.az-ın FHN-ə istinadən verdiyi məlumata əsasən, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Göygöl rayonu ərazisində ”BMW” markalı minik avtomobilinin yol kənarında olan maneəyə çırpılması barədə məlumat daxil olub.

Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə zamanı ölən 23.03.1988-ci il təvəllüdlü İvan Codrean adlı şəxsin (Moldova vətəndaşı) cəsədi xilasedicilər tərəfindən deformasiyaya uğramış avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Avtomobildə olan digər vətəndaş (şəxsiyyəti dəqiqləşdirilir) xilasedicilər hadisə yerinə çatanadək xəstəxanaya aparılıb və orada dünyasını dəyişib.

Cəbhədən xəbər var - Müdafiə Nazirliyi - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR