Play Store

Bələdiyyələrlə bağlı prokurorluğa - 24 fakt göndərildi

2017-ci ildə Ədliyyə Nazirliyi yanında Bələdiyyələrlə iş üzrə Mərkəzdə 62 min 618 bələdiyyə aktına baxılıb.

Metbuat.az-ın məlumatına görə, nazirliyin təklifləri ilə həmin aktlardan 1454 - ü ləğv edilib və ya dəyişdirilib. Nəticədə bələdiyyələr tərəfindən qanunsuz ayrılmış 2636 hektar torpaq sahəsi geri qaytarılıb.

Hesabat dövründə fəaliyyətində ciddi nöqsanlar aşkarlanan bələdiyyələrlə bağlı 24 fakt üzrə materiallar aidiyyəti üzrə prokurorluğa göndərilib.

Bununla yanaşı, qanunvericiliyin tələblərini pozan bələdiyyə sədrləri barədə inzibati xəta haqqında 98 protokol məhkəmələrə təqdim edilib.

Qıza kömək etmək məqsədilə arxadan yaxınlaşdı və... - Evinə apararaq.../ VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR