Türkiyə Qərbin istəyini yerinə yetirdi və iki ay ərzində Afrini azad etdi - Ərdoğan

Əgər ABŞ Türkiyənin mütəffiqidirsə, o zaman Türkiyə ilə birgə fəaliyyət göstərməlidir.

Metbuat.az xəbər verir ki, bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Türkiyə Qərbin Afrində hərbi əməliyyatların dayandırılması barədə xahişini yerinə yetirmək qərarına gəldi və iki ay ərzində Afrini terrorçularda tam təmizlədi.

Ölkə prezidenti həmçinin qeyd edib ki, Türkiyənin ABŞ-dan almaq istədiyi silahı, indi ölkə Afrində müsadirə edir.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

İraq Türkiyə ilə əməkdaşlıq etməyə - hazır olduğunu bildirib - Oxumaq üçün tıkla

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR