Azərbaycanda İT məhsulları bahalaşacaq?

Azərbaycanda İT məhsulları bahalaşacaq?
13:32 11 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Rusiyada böhran Azərbaycanın informasiya texnologiyaları bazarına təsir edəcək?

Rusiyaya qarşı tətbiq edilmiş və iqtisadiyyatın və rublun məzənnəsinin qeyri-sabitliyinin əsas səbəbi olan sanksiyalar Azərbaycanın informasiya texnologiyaları bazarına mənfi təsir edə bilməz. Bu barədə Trend-ə "DiVi" şirkətinin xidmət mərkəzinin rəhbəri Cümşüd Əliyev bildirib.

Rusiyada rublun məzənnəsinin qeyri-sabitliyi kompüter texnikası satışlarının ikiqat artmasına səbəb olub. 2014-cü ilin dekabrında Rusiyada texnika təxminən 20 faiz bahalaşıb və kompüter pərakəndə satışı bazarının iştirakçıları cari ilin birinci rübündə idxal edilən malların bütün kateqoriyalarına qiymətlərin 20-40 faiz artımını proqnozlaşdırırlar.

C.Əliyevin sözlərinə görə, Rusiyada İT məhsullarının qiymətlərində bahalaşma tələb və təklifin klassik tandemi deyil, inflyasiya ilə əlaqələndirilir: "Əlbəttə, böyük qazanc əldə etmək naminə yaranmış vəziyyətdən yararlanmaq istəyənlər var. Söhbət daha əvvəl alınmış malların onların ilkin alınma dəyərini ötən qiymətlərlə satışı faktlarından gedir. Çətin ki, Rusiyada qiymətlərin qalxması Azərbaycan bazarına təsir etsin, çünki ölkəyə yüksək texnologiyalı məhsullar bu ölkədən idxal edilmir. Və hətta idxal edilsə, bu o qədər də əhəmiyyətli həcmlərdə deyil".

Azərbaycan idxalçıları əsasən malları bilavasitə istehsalçıların özlərindən alırlar, ya da kompüter texnikasını və elektronikanı Çin, Tayvan, Cənubi Koreya, Yaponiya, Kanada və Avropa ölkələrindən idxal edirlər. Məhsulların təxminən 20 faizi Dubaydakı iri distribüterlərdən alınır. Kompüter texnikasının təxminən 5-10 faizi isə Azərbaycana fiziki şəxslər və elektonika mağazaları tərəfindən gətirilir.

Xidmət mərkəzinin rəhbəri qeyd edib ki, Azərbaycanda İT məhsullarının qiymətləri o halda dəyişə bilər ki, qiymət dəyişikliyi ixracatçı ölkədə baş versin, yaxud vergi dərəcələri artsın, eləcə də gömrük rüsumları dəyişsin: "Daxili bazarda təklifin tələbi üstələməsi, eləcə də bazar iştirakçılarında sərt qiymət rəqabətinin mövcudluğu və son məhsulun alınması üçün kredit şərtlərinin sadələşdirilməsi nəzərə alınarsa, yaxın zamanlarda Azərbaycanda İT məhsullarının qiymətlərində artım gözlənilmir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/318453.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR