Azərbaycana yaz fəsli gəlib

Bu gün saat 20:15:30-da Azərbaycana yaz fəsli gəlib.

Metbuat.az-ın məlumatına görə, buna görə də həmin gün Novruz bayramı günü hesab edilir.

Bu gün gecə və gündüz bərabərləşir.

AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikaylov Trend-ə bildirib ki, Azərbaycanda bu il olduğu kimi ilaxır çərşənbə ilə Novruz bayramının eyni günə təsadüf etməsi sonuncu dəfə 2001-ci ildə baş verib. Bu hadisə bir də 2035-ci ildə qeydə alınacaq.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən bu il 20, 21, 22, 23 və 24 mart tarixləri Novruz bayramıdır. Əmək Məcəlləsinə əsasən, 2017-ci ildə Novruz bayramı günlərində 24 mart tarixi şənbə gününə təsadüf etdiyi üçün iş və istirahət günlərinin yerləri dəyişdirilərək 26 mart qeyri-iş günü olacaq.Ümumilikdə bu il Novruz bayramında 7 gün - 20, 21, 22, 23, 24, 25, 26 mart tarixləri qeyri-iş günü olacaq.

Parkda qazıntı zamanı bir anda qarşılarına çıxdı - Nə olduğunu öyrəndiklərində isə.../ FOTOLAR - Oxumaq üçün tıkla

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR