Tramp Putini təbrik edib

Bu gün ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Metbuat.az-ın verdiyi məlumata görə, Ağ Ev telefon danışığının olduğunu təsdiqləyib.

D. Tramp prezident seçkilərində qələbə münasibəti ilə V. Putinin təbrik edib.

Qeyd edək ki, bundan əvvəl D. Trampın köməkçisi Xoqan Qidli ABŞ prezidentinin hələ ki, Rusiyada prezident seçkilərində qələbəsi ilə bağlı V. Putinlə telefonla danışmağı planlaşdırmadığını bildirmişdi.

Rusiyada prezident seçkiləri martın 18-də keçirilib və hazırkı prezident V. Putin 76,68 faiz səs toplayıb.

Parkda qazıntı zamanı bir anda qarşılarına çıxdı - Nə olduğunu öyrəndiklərində isə.../ FOTOLAR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR