İsmayıllıda avtomobil çaya düşüb

İsmayıllıda yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az-ın FHN-ə istinadən verdiyi məlumata əsasən, Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə İsmayıllı rayonu ərazisində “NAZ” markalı minik avtomobilinin çaya düşməsi barədə məlumat daxil olub. Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə zamanı yaralanaraq köməksiz vəziyyətdə qalmış sürücü yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılmıb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat başa çatıb.

Parkda qazıntı zamanı bir anda qarşılarına çıxdı - Nə olduğunu öyrəndiklərində isə.../ FOTOLAR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR