Vatsapda MÜHÜM YENİLİK

Vatsapda MÜHÜM YENİLİK
10:33 21 Mart 2018
Ölkə mətbuatı
A- A+

"Android" sistemi ilə təchiz edilmiş smartfon istifadəçilərinə daha bir yenilik edilib. Vatsap mesenceri 3 yeni funksiyasını aktivləşdirib.

Publika.az xəbər verir ki, mesencerin yenilənmiş ən son versiyası "Android" idarəetməli mobil qurğularda qruplar üçün təsvir əlavə etməyə imkan verir. Link vasitəsilə yeni istifadəçilərin dəvəti zamanı məhz bu təsvir görünəcək.

Sözügedən yenilik mesencerdə qrup haqqında məlumatlar bölməsi üzrə qrup iştirakçılarının axtarışa verilməsini təmin edəcək.

Bundan başqa, indi istifadəçilər qrup danışıqlarda səsli və video zənglər arasında asanlıqla keçid edə bilərlər. Bunun üçün danışıq zamanı "video" düyməsinə sıxmaq kifayətdir.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ikt/234963.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR