Play Store

Kabildə güclü partlayış - YENİLƏNİB

Bu gün Kabil Universiteti yaxınlığında törədilən partlayışda 29 nəfər ölüb.

APA-nın məlumatına görə, bunu "RİA Novosti" agentliyinə açıqlamasında Əfqanıstan Səhiyyə Nazirliyinin təmsilçisi bildirib.

Partlayışda 52 nəfər də yaralanıb.

Əfqanıstan Daxili İşlər Nazirliyinin təmsilçisi Nusra Rəhimi bildirib ki, terror aktı Kabil Universitetinin çıxışında törədilib. Terrorçu-kamikadze özünü Novruz bayramını qeyd etməyə toplaşan insanların arasında partladıb.

***

Əfqanıstanın paytaxtı Kabildə güclü patlayış baş verib.

Metbuat.az bildirir ki, Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 26 nəfər həlak olub, 18 nəfər isə yaralanıb.

Qeyd edilir ki, partlayış Kabil Universitetinin yaxınlığında insanların Novruz bayramını qeyd etdiyi zaman törədilib.

İlkin məlumata əsasən, partlayışı terrorçu-intiharçı törədib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR