Play Store

Azərbaycanda qonşular arasında DAVA - Xəsarət alanlar var

Ağdamda qonşular arasında kütləvi dava olub.

Metbuat.az bildirir ki, APA-nın Qarabağ müxbirinin xəbərinə görə, hadisə 4 Yol qəsəbəsində torpaq sahəsi üstündə baş verib.

Ramiz Nəsibov qonşusu Məmmədov Rəşadətlə arasında qalan torpaq sahəsini hasara almaq istəyərkən dava düşüb. Dava zamanı səs-küyə gələn ailə üzvləri 2002-ci il təvəllüdlü Məmmədov Kamil Qabil oğlu, 1998-ci il təvəllüdlü Abdullayev Elmir Teymur oğlu, 1982-ci il təvəllüdlü Məmmədov Xaliq Ziyəddin oğlu, 1945-ci il təvəllüdlü Məmmədov İmran oğlu və ev sahibi Rəşadət Məmmədov Ramiz Nəsibov və qardaşları tərəfindən döyülərək xəsarət alıb və xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR