Play Store

Nənəsinin kitabı nəvəsini şoka saldı - VİDEO

İllərdir nənəsindən qalan əşyaları zirzəmidə saxlayan amerikalı qadın qutuların içindən kilsəyə aid olan, 1844-cü ildən qalan dini kitab tapıb.

Metbuat.az Sputnik.az-a istinadən bildirir ki, qadın kitabın dəyərli ola biləcəyini düşünərək antik əşyaları qiymətləndirən televiziya proqramı olan “America’s Antiques Roadshow” ilə əlaqə saxlayaraq bu sahədə mütəxəssis olan Ken Sanderslə görüşüb. Qadın Sanderslə ilk dəfə qarşılaşan vaxt kitabın neçə illik tarixə malik olduğundu bilmədiyini deyib. Sanders dini kitabın əvəzsiz olduğunu bildirib.

O deyib ki, kitabın arasındakı qeydlər bu əsərin nə qədər dəyərli olduğunu sübut edir. O vaxtlar dini kitabları kilsəyə gələn insanlara paylayırdılar. Yeni nəşr çıxandan sonra köhnə cildli kitablar tullanırdı.

Qadının ailəsi isə illər boyu bu dini kitabı qoruyub saxlayıb. Sanders bu kitabın dəyərinin təxminən 40-50 min dollar arası olduğunu deyəndə qadın çox heyrətlənib və bildirib ki, onun bu qədər qiymətli olduğunu ağlına belə gətirməyib



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR