ATƏT-in ali komissarı: "Dağlıq Qarabağ münaqişəsinin həllində qarşılıqlı fəaliyyət optimist yanaşma tələb edir"

ATƏT-in ali komissarı: "Dağlıq Qarabağ münaqişəsinin həllində qarşılıqlı fəaliyyət optimist yanaşma tələb edir"
15:47 22 Mart 2018
85 Ölkə
Ölkə mətbuatı
A- A+

Dağlıq Qarabağ münaqişəsinin həllində qarşılıqlı fəaliyyət optimist yanaşma tələb edir.

Milli.Az xəbər verir ki, bunu ATƏT-in milli azlıqlar üzrə ali komissarı Lamberto Zanyer Twitter sosial şəbəkəsində mətbuat konfransı zamanı Trend-in sualına cavab olaraq bildirib.

Ali komissar qeyd edib: "Davam etməkdə olan bütün münaqişələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsində qarşılıqlı fəaliyyət optimist yanaşma və prinsipiallıq tələb edir".

Qeyd edək ki, 1988-ci ildə Ermənistan tərəfindən Azərbaycana qarşı ərazi iddiaları başlayıb.

Bir müddət sonra isə Ermənistan tərəfindən Azərbaycan ərazilərinə hərbi təcavüz başlanıb. Dağlıq Qarabağ və ona sərhəd yeddi rayon - Azərbaycan ərazisinin 20 faizi - Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Bu işğal faktoru hələ də davam edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/635591.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR