Dəhşətli avtobus qəzası: 23 ölü, 30 yaralı

Dəhşətli avtobus qəzası: 23 ölü, 30 yaralı
13:49 11 Yanvar 2015
192 Dünya
Ölkə mətbuatı
A- A+

Peruda dəhşətli avtobus qəzası baş verib. Lent.az-ın məlumatına görə, ölkənin cənub-şərqində yerləşən Kusko regionunda avtobus yoldan çıxaraq dərəyə aşıb.

Sikuani və Santa-Barbara rayonlarını birləşdirən magistralda baş verən qəzaı nəticəsində ilkin məlumata görə 23 nəfər ölüb, 30 nəfər yaralanıb.

Avtobusun 100 metr hündürlükdən düşdüyü bildirilir. Qəzaya hava şəraiti və yolların yaxşı vəziyyətdə olmaması səbəb göstərilirr.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR