Cəzaçəkmə müəssisəsinə burnunda tiryək keçirmək cəhdinin

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

Metbuat.az-ın xidmətin saytına istinadən məlumatına görə, Cinayət Məcəlləsinin 317-2.1; 67.1; 206.3.1; 206.3.2; 234.1; 234.4.3-cü maddələrinə əsasən 10 il 2 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Bağırov Babək Surxay oğlunun yanına qısamüddətli görüşə gəlmiş qardaşı Bərdə rayon sakini Babayev Dəyanət Nürəddin oğlunun üzərinə və əşyalarına baxış keçirilən zaman burun boşluğunun içərisində gizlətdiyi kağız bükülüdə 2.008 qram narkotik vasitə - tiryək aşkar edilib.


Qeyd olunan faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR