Afrində 3 türk hərbçisi

Suriyanın Afrin şəhərində antiterror reydləri zamanı əl qumbarası partlayıb.

Metbuat.az-ın məlumatına görə, Türkiyənin baş naziri Binəli Yıldırım deyib ki, partlayış nəticəsində 3 nəfər türk əsgəri şəhid olub, daha 3 əsgər yaralanıb.

Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, martın 18-də Türkiyə Silahlı Qüvvələri Afrin şəhərini PYD və YPG terrorçularından azad edib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR