Çavuşoğlu Ankaranın Afrindən sonrakı

Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Ankaranın Afrindən sonrakı hədəflərini açıqlayıb.

Metbuat.az-ın məlumatına görə, o bildirib ki, Amerika Birləşmiş Ştatları Mənbiclə bağlı vədlərinə əməl etməsə, Ankara burdakı terrorçuları məhv edəcək. Diplomat PKK-nın İraqdakı mövqelərinə də quru əməliyyatları təşkil edilə biləcəyini bəyan edib.

Yeri gəlmişkən Türkiyəyə məxsus hərbi təyyarələrin PKK-nın İraqındakı mövqelərini bombalaması nəticəsində son 10 gün ərzində 50 terrorçu məhv edilib.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR