Kabildə terror aktı nəticəsində ölənlərin sayı

Əfqanıstanın paytaxtı Kabildə törədilən terror aktı nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb. 60-a qədər yaralı var.

Metbuat.az-ın məlumatına görə, onlardan bəzilərinin vəziyyəti ağır olduğundan tələfatın artacağı istisna deyil.Bildirilir ki, kamikadze üzərindəki partlayıcı qurğunu Kabil universiteti yaxınlığında Novruz bayramı tədbirinə toplaşan insanlar arasında işə salıb.

Qanlı hadisəyə görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməsə də, hücumun İŞİD terror təşkilatı tərəfindən təşkil olunduğu güman edilir.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR