Azərbaycan nümayəndələri Cenevrə Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin heyəti ilə görüşüb

Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi səfir Vaqif Sadıqov Cenevrə Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin dəvəti ilə onun tələbə və müəllim heyəti ilə görüşüb.

Metbuat.az-a XİN-nin Mətbuat xidmətindən verilən məlumata görə, səfir V.Sadıqov Məktəbin “Xarici siyasət məsələləri və təhdidlər”adlı mühazirələr proqramı çərçivəsində yerli və xarici tələbələrin qarşısında çıxış edərək, Azərbaycanın qədim və müasir tarixi barədə məlumat vermiş, müstəqilliyin bərpa olunmasından sonra ölkəmizin uğurla həyata keçirdiyi dövlət quruculuğu siyasəti, hazırki sosial-iqtisadi islahatlar, aparılan çoxsahəli xarici siyasət, o cümlədən Azərbaycanın təşəbbüskar olduğu regional və beynəlxalq əhəmiyyətli enerji və nəqliyyat layihələr barədə danışıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və onun həll olunması prosesinin hazırki mərhələsi barədə məlumat verən səfir V.Sadıqov Ermənistanın ölkəmizə qarşı törətdiyi təcavüz və onun ağır nəticələri barədə məlumatı və bu sahədə beynəlxalq hüquq prinsiplərinə söykənmiş Azərbaycanın mövqeyini gənc dinləyicilərin diqqətinə çatdırıb.

Mühazirənin sonunda səfir V.Sadıqov tələbələrin çoxsaylı suallarını cavablandırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR