"Qara yaxmaq istəyən anti-Azərbaycan qüvvələrə qarşı..."

"Qara yaxmaq istəyən anti-Azərbaycan qüvvələrə qarşı..."
11:17 23 Mart 2018
64 Ölkə
Ölkə mətbuatı
A- A+

"Aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərinə qara yaxmaq istəyən anti-Azərbaycan qüvvələrə qarşı bütün prezidentsevər, dövlətsevər insanlar və bütün xalqını, millətini sevən insanlar səfərbər olmalıdır".

Milli.Az bildirir ki, bunu SİA-ya açıqlamasında millət vəkili Elşən Musayev deyib.

Onun sözlərinə görə, heç kim, heç nədən çəkinməməlidir: "Mənim bu yaxınlarda bir yazımda çıxdı ki, biz nə söyüşdən, nə də təhqirdən qorxmalıyıq. Harada ki, bizim prezidentimiz, onun ailəsi və dəyərli insanlar hədəfə alınıb o hədəfin qarşısına biz özümüzü verməliyik. Çünki cənab İlham Əliyev dəyərli bir insandır və biz onu qorumalıyıq. Bu bizim tək siyasi mənsubiyyət, vətəndaşlıq borcumuz deyil, həm də bir insanlıq borcumuzdur. Sosial şəbəkələrə nəzər yetirəndə görürəm ki, vətəndaşlarımız öz prezidentini qoruyurlar və qarayaxmalara qarşıdırlar. Dövlətini sevən hər bir insan bu qarayaxmalara, aqressiyaya qarşıdır. Sosial şəbəkələrdə yetərincə gözəl bir nümunələr var və o aqressiv kütlənin cavabı layiqincə verilir. Onlar artıq heç nədən çəkinmirlər.

Hesab edirəm ki, seçki ərəfəsində Əli Kərimli kimi yaramazın və onun ətrafında olan Milli Şura kimi və s. insanların ortaya qoyduğu bir siyasi nümunədir ki, artıq təhqirə keçiblər. Çünki artıq onlarda siyasi baza, kontingent və s. yoxdur. Yeganə yolları söyüş və təhqirdir. Biz bunları yerində otuzdurayacayıq. Mənim düşüncəmdə olan yüz minlərlə, milyonlarla insan var ki, onlar da bu şərəfsizlərin, yaramazların önünə çıxacaq".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/635728.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR