"Azərbaycan xalqı düşünərək öz səsini verəcək"

"Azərbaycan xalqı düşünərək öz səsini verəcək"
11:32 23 Mart 2018
67 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bu gün Azərbaycan regionda lider dövlətdir. Ölkəmiz bu gün öz inkişafı ilə, özünün dünyaya təqdim etdiyi imkanlarla, beynəlxalq əhəmiyyətli layihələrə rəhbərlik etməyi ilə, o layihələri önə aparan, onun arxasında dayanan və etibarlı tərəfdaş olan dövlət kimi hamının maraq çərçivəsindədir".

Milli.Az bildirir ki, bunu SİA-ya açıqlamasında millət vəkili Rövşən Rzayev deyib.

Deputatın sözlərinə görə, bu gün Azərbaycan enerji daşıyıcılarının diversifikasiyasını təqdim edən bir dövlətdir: "Eyni zamanda da ölkəmizin ərazi bütövlüyü işğal altındadır. Bu işğalla bağlı ATƏT-in Minsk Qrupu yaradılıb və orada həmsədr dövlətlər var. Həmçinin həmsədr dövlətlərdən başqa digər dövlətlər orada təmsil olunur. Ona görə də Azərbaycanda güclü liderin bir daha xalqın etimadını qazanmasından ötrü ölkəmiz bütün imkanlarından istifadə edir. Beləcə dünya dövlətləri də marağındadır ki, Azərbaycanın güclü siyasi dövləti öz fəaliyyətini davam etdirsin. Bu gün güclü siyasi dövlət nəticəsində stabil Azərbaycan var. Məhz stabilliyin hesabına da güclü iqtisadi dövlət var. Ona görə də hər zaman olduğu kimi Azərbaycanda qarşıdan gələn prezident seçkiləri demokratik şəkildə keçiriləcək və insanlar öz seçimini edə biləcəklər.

Bildiyiniz kimi aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Bu Azərbaycan qanunlarına müvafiq olaraq təyin olunub. Ona görə də biz hər birimiz gözləyirik ki, aprelin 11-də xalq yenə də öz liderinə səsini verəcək. Təbii ki, bununla da Azərbaycan öz inkişaf yolunu davam etdirəcək. Ən prioritet məsələ kimi də Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır. Bu yol da Ümumilli Lider Heydər Əliyevin yaratdığı və onun layiqli davamçısı cənab İlham Əliyevin apardığı siyasətdir. Bu yeganə yoldur ki, Azərbaycanın ərazi bütövlüyü təmin ediləcək. Bunu xalq da bilir. Azərbaycan xalqı müdrik xalqdır və düşünərək öz addımını edəcək və səsini verəcək".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/635730.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR