Adriana Lima İstanbulda sevgilisinin ailəsi ilə tanış oldu - FOTO

Adriana Lima İstanbulda sevgilisinin ailəsi ilə tanış oldu - FOTO
12:03 23 Mart 2018
300 Şou
Ölkə mətbuatı
A- A+

Dünya şöhrətli model sevgilisi Adriana Lima yəhudi əsilli türk sevgilisi Metin Haranın ailəsi ilə tanış olmaq üçün İstanbula gəlib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, model Amerika tətillərindən sonra Türkiyəyə gəlib. Bu yaxınlarda Adriana Limanın ailəsi ilə tanış olan Hara bu dəfə sevgilisini öz ailəsinə təqdim edib. Adriana Lima ilə Metin Hara dünən axşam ailələri ilə birlikdə restoranda yemək yeyib.

Adriana Limanın məkandan çıxacağını öyrənən 30 nəfərlik izdiham əllərinə telefonlarını alaraq onun şəkillərini çəkməyə başlayıb. Adriana Limanın isə çıxışda əlindəki telefonu ilə onu lentə alan jurnalistləri videoya çəkməsi diqqətdən qaçmayıb.

Restorandan sürətlə uzaqlaşan cütlük xüsusi icarəyə götürdükləri avtomobilə minərək hotelə yollanıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/235118.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR